Nüşabə Məmmədova Tacikstan səfiri Rustam SOLI ilə görüştü

Yanvarın 8-də, Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova Tacikstan Respublikasının Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri cənab Rustam SOLI ilə görüşüb. Görüşdə 25-27may 2021 tarixlərdə Bakıda keçiriləcək Birinci Avroasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında müzakirələr aparılıb. Nüşabə Məmmədova Birinci Avrasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında məlumat verərək bildirib ki, təşkil olunacaq Forumda Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri ilə yanaşı Tacikstandan rəsmi dövlət nümayəndələri, elm, mədəniyyət, QHT, media və digər nümayəndələrinin iştirakı nəzərdə tutulub. Səfir Rustam SOLI Forumun keçirilməsinin xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına  əhəmiyyətli töhfə olacağını bildirib.

Görüşdə Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova tərəfindən cənab səfir Rustam SOLI ”COJEP DIPLOMATIQUE” jurnalları və “CIVIL SOLİDARİTY FORUM” tanıtım CD təqdim edilib.

Görüşdə xatirə şəkli çəkilib.

Cojep Beynəlxalq Təşkilatının

Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin Mətbuat Xidməti